Bu gün Milli Məclisin iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.
Iclasda baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi müzakirə ediləcək.
Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti bitib. Z.Qaralov 2000-ci ilin 25 aprelindən baş prokuror vəzifəsində işləyib.