Kömək istəyənlər üçün “səs gələn tərəf” - FOTOREPORTAJ

Özümüzü bir qədər halsız hiss edən kimi ağlımıza ilk olaraq “103” xidməti gəlir. Dərhal nömrələri yığıb bir nəfəsdə vəziyyətimizi, ünvanımızı deyib, kömək istəyirik. Təlaşlı halda insanın dediklərini dəqiq başa düşmək isə kifayət qədər çətin məsələdir.

Oxu.Az-ın fotoqrafı yolunu 1 saylı şəhər xəstəxanası ilə eyni binada yerləşən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Mərkəzi Dispetçer Xidmətindən salıb.

“103” xidmətinə daxil olan bütün zənglər burada qəbul olunur və aidiyyəti üzrə operativ şəkildə yönləndirilir.

Adi günlərdə də operativ şəkildə fəaliyyət göstərən operatorlar vətəndaşları səbrlə dinləyir, onların ilkin vəziyyətlərini nəzərə alaraq çağırışları qəbul edirlər.

Karantin günlərində daha da gücləndirilmiş rejimdə fəaliyyət göstərən “103” xidməti sutka ərzində çoxsaylı müraciətlər qəbul edir.

Mərkəzə daxil olan bütün zənglər, təcili tibbi yardım maşınlarının hərəkəti nəzarətdə saxlanılır.

Fotoqrafımız insanların təlaş və bir o qədər də ümidlə müraciət etdiyi “103” xidmətindəki bir günlük iş rejimini fotolara həkk edib.