İspaniyada bir qadağanın aradan qaldırılması insanları bu hala saldı - FOTO

İspaniyada yürüş və idmanla məşğul olmaq üçün insanların evdən çıxmalarına icazə verilib.

TASS-ın məlumatına görə, qadağanın götürülməsindən sonra sakinlər kütləvi şəkildə küçələrə axışıblar. Həmin qadağa bir aydan çox mövcud olub.

Qeyd edək ki, İspaniya koronavirusun yayılmasına görə ilk yerlərdə olan ölkələrdən hesab olunur.