Hazırda həbsdə olan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin birinci müavini Ramiz Tatarovun səhhətində problem yaranıb.
AzBaku.org xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, Tatarov həkim müşahidəsi altındadır.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib ki, hazırda Tatarovun səhhəti stabildir:
“Ramiz Tatarov tibbi müşahidədir. Həyati təhlükə isə yoxdur”.
Qeyd edək ki, ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.