İmişli Rayon İcra Hakimiyyəti binasında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının əməliyyat keçirməsi barədə məlumat yayıldıqdan sonra rayonun icra başçısı Vilyam Hacıyevlə bağlı ötən il yayılan xəbər yenidən gündəmə gəlib.
AzBaku.org xəbər verir ki, sosial şəbəkələrdə Vilyam Hacıyevin “kirayədə qaldığı” yataqxananın fotoları paylaşılıb.
Qeyd edək ki, ötən il İmişli Rayon İcra Hakimiyyəti rəsmi açıqlama yayaraq, icra başçısı Vilyam Hacıyevin İmişlidə yerləşən şəkər zavodunda tikilmiş yataqxanada, həm də ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığı haqda xəbər yaymışdı.
Bunun ardınca isə kirayədə yaşadığı bildirilən V.Hacıyevin mülklərinin siyahısı mediada və sosial şəbəkələrdə paylaşılmışdı.
Xatırladaq ki, DTX-nın rüşvət və korrupsiya, eni zamanda aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsinə qarşı bir neçə rayonda keçirdiyi əməliyyatda icra başçılarının fakt üstündə yaxalandığı məlumdur. Hazırda da V.Hacıyevin bu faktlarla DTX tərəfindən saxlanıldığı ehtimal edilir. (axar.az)