Yevlaxda avtomobil kanala düşdü

Yevlax rayonunda “Hyundai” markalı avtomobil qəza nəticəsində yol kənarındakı kanala düşüb.

AzBaku.info Report-a istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil verib.