Hələ də nifrət yox, nur gözlərində,
Hələ də Qüdrət var gur sözlərində.
Nə qədər taqət var, güç dizlərində,
Düşmənə yenilmə, sil izlərin də,
Günahkar istəsə, iz özlərində.
Sən mərd ol, mətn ol əyilmə qardaş,
Sen öz taleyinə deyinmə qardaş.
İftira, şər, böhtan deyimmi qardaş ?!
Mərdliyin Namərdə dərsini verək,
Mərdin də Düşməni mərd olsun gərək..
“Qardaş”-dediklərin sırtından vurdu,
Bəs, belə edərmi Sultanlar yurdu ?!
Türk Türkə nə zaman tələni qurdu ?!
Tütduğun orucun olsun mübarək,
Kişinin důşməni mərd olsun gərək…
(Ardı var.)