Bizim tətbiq etdiyimiz SMS-icazə sistemi başqa ölkələrdə də tətbiq olunur. Əvvəl SMS-lə icazə 2 saat, sonra 3 saat oldu. Vətəndaşlar bu müddətdə lazımi ehtiyaclarını ödəyə bilirdi.
Qazet.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
O bildirib ki, Operativ Qərargah yaxın zamanlarda vəziyyəti qiymətləndirib müvafiq qərar verəcək:
“Yoluxma tendensiyası azalmaya doğru gedərsə, 60-65 yaşlı vətəndaşlarla bağlı qadağaların yumşaldılması əlavə yumşaldılma tədbirlərində nəzərə alına bilər”.