Bakıda ağır qəza: Maşın aşdı - VİDEO

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Qəzanın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verdiyi qeyd olunub.

Belə ki, “Opel” və KİA markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Opel” aşıb.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə nəticəsində ölən və ya yaralananlarla bağlı dəqiq məlumat yoxdur.