Bakının Qaradağ rayon icra başçısı Süleyman Mikayılov özünü qorumaq üçün müdafiə tədbirlərinə əl atıb. Reportyor.info xəbər verir ki, icra başçılarının həbsi və özünün bu yaxınlarda daş karxanasının üzə çıxması ərəfəsində “Çakır” ləqəbli İH rəhbəri tələm-tələsik bir humanist addım atmağa təşəbbüs göstərib.
Jurnalist Cavanşir Həsənlinin yaydığı xəbərə görə, icra başçısı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2000 manat köçürüb. Həmçinin, 2000 manat da oğlu ödəniş edib. Jurnalist eyhamla qeyd edib ki, pullar çınqıl karxanasından birbaşa fonda gedib.