Çin sakini əlilliyi olan anasını diri-diri torpağa basdırıb.
“HaberGlobal” məlumat verir ki, ölkənin şimal-qərbindəki Şanşi əyalətində Ma soyadlı bir kişi 79 yaşlı anasını əlil arabasına qoyaraq evdən çıxıb.
O, gecə saat 2-də evə tək qayıdaraq arvadı Çanqa anasını qohumlarının yanına göndərdiyini deyib.
Çanq məsələni dəqiqləşdirmək üçün avtovağzala gedib, Ma isə evdən çıxıb və geri qayıtmayıb.
Qadın bununla bağlı polisə məlumat verib. Polisin saxladığı şübhəli anasını köhnə qəbiristanlıqda basdırdığını etiraf edib. Polis həmin yeri tapıb və yaşlı qadın basdırıldığı çuxurdan üç gün sonra sağ çıxıb.
Şahidlər polis əməkdaşları torpağı qazan zaman əlil qadının fəryadını eşitdiklərini deyiblər.
Möcüzə nəticəsində sağ qalan qadın müalicə üçün xəstəxanaya yerləşdirilib.