10 saniyə içində iki dəfə ölümdən qaçdı – ANBAAN VİDEO

Sürət tunelində maşını xarab olan şəxs 10 saniyə ərzində iki dəfə ölümlə üz-üzə qalıb.

Bununla bağlı dəhşətli kadrları “Daily Mail” yayımlayıb.

Bildirilir ki, hadisə Çində baş verib.

Kadrlarda görünür ki, gənc maşından düşərək təkərə baxmaq istəyir. Bu vaxt arxadan gələn başqa bir avtomobil maşına çırpılır. Gənc qəzadan qurtulmaq üçün yolu keçmək istəyərkən isə başqa bir maşının altına düşmə təhlükəsi ilə üzləşir.