Regionlarda karantin təkrar sərtləşdirilir? - TƏBİB sədrindən AÇIQLAMA

“Yoluxmaya görə regionların sarı və narıncı rəngdə işarələnməsi davam edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu gün yoluxma sayı regionlarda karantin rejiminin təkrar sərtləşdirilməsinə və sarı rəngin narıncıya çevrilməsinə imkan vermir.

“Bu məsələ gündəmimizdə deyil. Yoluxma sayının artması insanların iş yerlərində maskadan istifadə etməməsi, sosial məsafəni gözləməməsi və məsuliyyətsizlik etməsi ilə bağlıdır”, - deyə R.Bayramlı qeyd edib.