Efiopiya rəsmi şəkildə Somalidə yük təyyarəsini vurduğunu etiraf edib.
Bu barədə Keniyanın “Standard” qəzeti Efiopiya hökumətinin Afrika Birliyinə ünvanladığı məktuba istinadla xəbər yayıb.
Bildirilir ki, Silahlı Qüvvələr təyyarə ilə aviarabitə qura bilməyiblər.
“Efiopiya qoşunlarının yerləşdiyi mövqeyə yaxınlaşan təyyarə protokol tələblərinə riayət etməyib. Hərbçilərimiz təyyarənin onların düşərgəsinə hücum etmək istədiklərini düşünüblər”, - deyə məktubda bildirilib.
Qeyd edək ki, mülki təyyarə koronavirus pandemiyası ilə əlaqədar Somali sakinləri üçün humanitar yardım daşıyırdı.
Berdel şəhəri yaxınlığında təyyarə idarəolunan raketlə vurulub. Nəticədə göyərtədə olan beş nəfər həlak olub.