Məşhur klub “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Məşhur klub “Qarabağ”ın futbolçusuna təklif göndərdi














Yunanıstanın ən titullu klublarında pıan “Panatinaykos” “Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusunu sıralarına qatmaq istəyir.

Newspao.gr xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə yüksək məbləğdə müqavilə şərtləri təklif olunub.

Sayt yazır ki, futbolçu bu mövsüm “Qarabağ”ın heyətində keçirdiyi 35 oyunda 12 məhsuldar ötürmə edib, yeddi dəfə rəqib qapısını dəqiq nişan alıb.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın “Lens” komandasından “Qarabağ”a keçib.