Əməkdar artist: “Oğlum evlənmək istəmir” - VİDEO

Əməkdar artist: “Oğlum evlənmək istəmir” - VİDEO













“Allah mənə o günü nəsib etsin ki, oğlumu tez evləndirim. Amma oğlum evlənmək istəmir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda deyib.
Sənətçi canlı efirdə oğlu Rəşadı evləndirə bilməməsindən gileylənib:

“Rəşadın 28 yaşı var, amma evlənmək istəmir. Özüm də çalışıram ki, onu evləndirim. Amma sözə baxmır. İndiki gənclər düzgün seçim etmirlər. Heyif ki, bu belədir. Çox istəyirəm ki, Rəşad tezliklə evlənsin. Mən deyən gəlin olsa, onu başıma tac edərəm”.



Qeyd edək ki, müğənni K.Kərimovanın Ləman adlı qızı və Rəşad adlı oğlu var. Əməkdar artist üç il öncə noyabr ayında qızını ərə verib. Ləman paytaxtın dəbdəbəli restoranlarından birində Orxan adlı bəylə ailə həyatı qurub. Cütlüyün bu nikahdan qız övladı dünyaya gəlib.