Əməkdar artistdən həmkarlarına şillə kimi sözlər: “Onların gözləri çox zəifdir” - VİDEO
“Elza yetərincə sözünü demiş sənətçidir. Özümü təsdiq etmişəm. Məni Avropa da təkrarlayır”.
AzBaku.org xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan ATV telekanalında yayımlanan “Üçümüz” axşam şousunda qonaq olarkən deyib:
“Soruşurlar ki, “Elza Seyidcahanı qəbul edirsiniz?” Elza çoxdan “həzm olunub”. Bizim ulduzlar belə məni təkrarlayır”.
Proqramın aparıcısı Elcan Rəsulovun sənətçiyə ünvanladığı “Niyə həmkarlarınızın gözü sizi götürmür?” sualına Elza Seyidcahan belə reaksiya verib:
“Onların gözləri çox zəifdir, ona görə mənim kimi “yükü” daşıya bilmirlər”.
Verilişin gedişatında Elza meyxana ilə cazın sintezindən layihə hazırlamaq istədiyini söyləyib:
“Ələkbər Yasamallı və Rəşad Dağlı ilə layihə etmək istəyirəm. Bir caz ritmi var. Onu tutsalar, gözəl əsər ortaya çıxara bilərik”.
oxu.az