DİN rəsmisindən obyekt sahiblərinə ÇAĞIRIŞ
“Hər bir obyektdə işə başlayanda və yekunlaşdıranda dezinfeksiya işləri aparılmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.
“Restoranlarda masalararası məsafə iki, stullararası isə bir metr olmalıdır. Bərbərxanalarda, gözəllik salonlarında da işçilər və müştərilər tibbi maskalardan istifadə etməlidirlər. Karantin qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Bir nəfərin bu qaydaları pozması həm özü, həm də digər şəxslər üçün risk olur. Bu səbəbdən insanlar arasında yoluxmaların sayını azaltmaq üçün metodiki göstərişlərə əməl etmək lazımdır”, - deyə DİN rəsmisi vurğulayıb.