Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı son STATİSTİKA









Dünyada 4 429 884 insan koronavirusa yoluxub.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilir.
Virusdan indiyə qədər 298 174 nəfər ölüb, 1 659 797 nəfər sağalıb.
Dünya ölkələri arasında koronavirusa yoluxmaya görə ilk üçlüyə ABŞ (1 430 348 nəfər), İspaniya (271 095 nəfər) və Rusiya (242 271 nəfər) daxildir.
Sərhəd qonşularımız olan Türkiyə 143 114 yoluxma ilə doqquzuncu, İran isə 112 725 yoluxma ilə onuncu yerdədir.
Ermənistanda koronavirusa 3 718, Gürcüstanda isə 647 nəfər yoluxub.
Azərbaycanda koronavirus indiyə qədər 2 758 nəfərdə aşkar edilib, 35 nəfər virusdan ölüb, 1 789 nəfər sağalıb.