İnfeksionist: “Koronavirus xəstələrində vəziyyət qəfil dəyişir”

İnfeksionist: “Koronavirus xəstələrində vəziyyət qəfil dəyişir”










“Koronavirusa yoluxanların xəstəliyi əvvəl yüngül və simptomsuz şəkildə keçirmələrinə baxmayaraq, vəziyyətləri qəfil pisləşə bilər”.
“Komsomolskaya Pravda” xəbər verir ki, bunu rusiyalı infeksionist Georgi Sapronov deyib:
“Səhər pasiyent özünü bir az pis hiss etsə də, axşam ağır vəziyyətdə reanimasiyaya çatdırıla bilər”.
Onun sözlərinə görə, bəzi həkimlər öz xəstələrinin vəziyyətinin bu formada qəfil dəyişməsinə hazır olmurlar. Ona görə də həkimlərin xəstələrini daim nəzarətdə saxlaması vacibdir.