Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb borc pul olub.
AzBaku.info APA-ya istinadən xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.
“Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, - deyə mənbə bildirib.
Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.
21:31
Dağıstanın Məhərrəmkəndə rayonunda baş verən atışma zamanı iki nəfər ölüb, daha altı nəfər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfaks nəşri məlumat yayıb.
Bildirilir ki, atışmada Respublikanın yüksək vəzifəli məmurlarının uşaqları iştirak ediblər. Onların adları açıqlanmır.
TASS nəşrinin məlumatına əsasən, ölənlərdən biri deputatdır. REN TV telekanalı isə bildirir ki, atəş açan şəxslərdən biri şəhər məclisinin deputatı Rafiq Yarəliyev olub.