“Azərpoçt”un filialında külli miqdarda oğurluq aşkar olundu

“Azərpoçt”un filialında külli miqdarda oğurluq aşkar olundu










“Azərpoçt” MMC-nin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt filialında aparılan audit yoxlaması zamanı külli miqdarda pul oğurluğu faktı aşkarlanıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Söhbətin naməlum şəraitdə oğurlanmış 25 000 manat və 16 000 ABŞ dollarından getdiyi bəlli olub.
Hazırda Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları oğurluq faktını araşdırır. Hələlik faktla bağlı saxlanılan yoxdur.