Bakıda kiçik səhv qorxunc qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda kiçik səhv qorxunc qəzaya səbəb oldu - ANBAAN VİDEO












Bakıda baş verən dəhşətli qəza kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə bir müddət öncə paytaxtın Heydər Əliyev prospektində baş verib.
Belə ki, prospektlə hərəkət edən BMW markalı avtomobilin sürücüsü yüksək sürətlə manevr etmək istəyərkən idarəetməni itirib. Avtomobil əvvəlcə ayırıcı zolağa dəyib və daha sonra sağ zolaqla hərəkət edən “Hyundai” markalı maşınla toqquşub.
Qəza nəticəsində hər iki avtomobil ayırıcı zolağın üzərinə çıxıb və zərbənin təsirindən “Hyundai” yolun digər hərəkət hissəsinə keçib.