Nurullah Məmmədxanlı Baş Mühafizə İdarəsinin rəisi təyin edildi

Nurullah Məmmədxanlı Baş Mühafizə İdarəsinin rəisi təyin edildi












Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər N. Məmmədxanlı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.