Abşeronda şəhid oğlu boğularaq öldü - VİDEO

Abşeronda şəhid oğlu boğularaq öldü - VİDEO











Abşeron rayonunda 41 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. Faciə Ceyranbatan qəsəbəsində baş verib.
Baku TV xəbər verir ki, qoyun otaran şəxs ehtiyatsızlıqdan Ceyranbatan su anbarına düşüb və boğularaq ölüb.
Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Batan şəxsin meyiti Ceyranbatan su anbarından çıxarılıb və müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə Abşeron Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları da gəlib.
Məlumata görə, Fariz Təhməzov batmazdan əvvəl yaxınları ilə əlaqə saxlayaraq, heyvanların suya düşdüyünü bildirib.
Qeyd edək ki, F.Təhməzov Laçın rayonunun Minkənd kəndindən məcburi köçkündür. O, 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olan Hidayət Təhməzovun oğludur.