Bərdədə 40 tondan çox barama istehsal olunacaq - VİDEO

Bərdədə 40 tondan çox barama istehsal olunacaq - VİDEO











Bərdə rayonunda əhaliyə barama qurdu paylanılıb.
Kәnd Tәsәrrüfatı Nazirliyinin Bərdə Dövlәt Aqrar İnkişaf Mәrkәzi vә yerli icra hakimiyyәtinin tәşkilatçılığı ilә 1 000 qutuda rayonun 34 inzibati ərazisinə tut ipəkqurdu çatdırılıb, bəslənmək üçün 250 kümçüyə təhvil verilib.
Hər qutunun həcmi 19 qramdır. Otuz gün bəsləndikdən sonra hər bir qramdan iki kiloqram yaş barama əldə olunması nəzərdə tutulur.
Mütəxəssislər bildirirlər ki, ötən il 34 tondan çox məhsul yetişdirilib. Bundan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər rayonda çox sayda xarici və yerli tut tingləri əkilib. Bu il 40 tondan çox məhsul götürülməsi planlaşdırılır.
İşlər Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Əsas hədəf baramaçılığı inkişaf etdirmək və rayonda məşğulluğun artırılmasına nail olmaqdır.
Daha ətraflı Baku.TV-nin süjetində: