HAQQA ƏSİR OLMUŞAM, HƏQİQƏTİN ÖZÜYƏM

HAQQA ƏSİR OLMUŞAM, HƏQİQƏTİN ÖZÜYƏM

















Mən kişiyəm, mən mərdəm, ər içində ərənəm,
Çətinliyə dözənəm, dərdə sinə gərənəm,
Mən hünər meydanında rəşadət göstərənəm,
Gözümü də qırpmaram leşkər gələ üstümə.

Mənə zərgər lazımdır, mən zər dolu məfrəşəm,
Zülmətlərə yol açan günəş oğlu günəşəm,
Lazım gəlsə dünyanı isindirən atəşəm,
Üşüyənlər qızınsın gəlib mənim istimə.

Deməsinlər cahiləm, deməsinlər cavanam,
Deməsinlər qanmazam, qoy bilsinlər qananam,
Dönməlidən dönənəm, yanmalıya yananam,
Aləm yığışıb gələ heyrət qalar tüstümə.

İnsaf, vicdan məndədir, ədalətin Özüyəm,
Haqqa əsir olmuşam, həqiqətin özüyəm,
Sevmişəm, sevilmişəm, məhəbbətin özüyəm,
Ürəklərdə yerim var, qoy baxsınlar büstümə.

Hər zaman haqq söyləyən dillə mayalanmışam,
Məni yoxdan xəlq edən xaliqə inanmışam,
Özümü pay qoymuşam, qəlblərə paylanmışam,
Bircə onun xətrinə toxunmaym şəstimə.

Atam kimi el dərdi həmişə yüküm olub,
Buna şahid başımda ağaran tüküm olub,
Ədalət meydanında vicdanım hakim olub,
Zilim hələ daldadır, qulaq asın pəstimə.

Kim deyir ki, qalmayıb ta Mirinin əhədi,
Mənə və’də veriblər, gözləyirəm o və’di,
Yəqin bir gün tərpənər o qaragöz Mir Sə’dı,
Yerlə yeksan eyləyər, kim dolubsa qəsdimə.
Mir Məhəmməd Ağa Hz.
(Ruhu şad olsun)

Müəlif .Naile Muradova Muradova