Sensasion olay: Baş nazir prezidentin xanımını həbs etdirdi - Şok səbəb
Albaniya prezidentinin xanımı Monika Krimadi paytaxtın önəmli tikililərindən birinin - Xalq teatrının sökülməsinə etiraz olaraq Tiranada keçirilən aksiyada həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Albaniyanın Daily News qəzeti bildirib.
Qeyd edək ki, 2018-ci ildə ölkənin baş naziri Edy Rama çox xərc tələb etməsi səbəbindən 1939-cu ildə tikilmiş teatrın sökülməsinə qərar verib. Rama abidənin yerində yeni bir teatr qurmaq niyyətində idi. Baş nazirin söküntü ilə bağlı qərarı binanın tarixi dəyərini yüksək qiymətləndirən paytaxt sakinlərinin narazılığa səbəb olub.
Bazar günü səhər paytaxt sakinləri teatrın sökülməsinə qarşı çıxaraq, binanı mühasirəyə alıblar. Nümayişçilər arasında Albaniya prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub. Aksiya iştirakçılarını dəstəkləyən Monika Krimadi prokurorluğa müraciət edərək, vətəndaşlara mane olan polis işçilərini həbs etməyi tələb edib. Daha sonra Krimadi başda olmaqla bir neçə nümayişçi saxlanılıb. Qalan etirazçılar isə hakimiyyət orqanlarına mane ola bilməyib və teatr binası bazar günü səhər tezdən dağıdılıb.
Qəzetin məlumatına görə, Monika Krimadi artıq sərbəst buraxılıb. Onun əri, Prezident İlir Meta, binanın sökülməsini şərh edərək, hadisəni "bağışlanmaz cinayət" adlandırıb.