ARB TV-nin yayımı növbəti dəfə dayandırıldı (FOTO)

ARB TV-nin yayımı növbəti dəfə dayandırıldı (FOTO)









Azərbaycan Milli Televiziya və Radio Yayım Şurası ARB kanalını növbəti dəfə cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, bu dəfə kanalın yayımı 16:00-dan 17:00-a qədər dayandırılıb. Buna səbəb 9 may 2020-ci il tarixdə yayımlanan "Bakıda küləklər əsir" bədii filminin nümayişi zamanı tütün məmulatlarından (siqaretdən) istifadə səhnəsinin aşkar şəkildə yayımlanması olub.
Beləliklə, kanalın "Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikası Qanununun 40.2.2-1-ci maddəsinin tələblərini pozduğu qeyd olunub və tənzimləyici qurumun "Televiziya və Radio Yayımı Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsininə əsaslanaraq 13 may 2020-ci il tarixli 7.3 nömrəli qərarı ilə ARB Televiziya kanalının yayımı 18 may 2020-ci il tarixində saat 16.00-dan 17.00-dək 1 (bir) saatlıq dayandırılıb.
Qeyd edək ki, ARB TV bundan öncə də cəzalandırılmış, kanalın yayımı "Elgizlə izlə" proqramında işlənən qeyri-etik ifadəyə görə 6 saatlıq dayandırılmışdı.
ARB TV-nin yayımı növbəti dəfə dayandırıldı (FOTO)