Dəbdəbəli villasını nümayiş etdirən Xalq artisti: “Yaradıcılığımda atamın adı rol oynamayıb” - VİDEO

“Qızım evlidir, oğlum isə ailəli deyil. Onlar musiqi təhsili alsalar da, heç biri bu sənətlə bağlı çalışmırlar. Əsərlərimi ilk olaraq övladlarım dinləyirlər. Onların həm gənc kimi düşüncəsi, həm də savad baxımından fikirləri mənim üçün çox maraqlıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti, bəstəkar Aygün Səmədzadə “Xəzər” telekanalında yayımlanan “Evdəkilərə salam” verilişində qonaq olarkən deyib.
“Qardaşım iqtisadçı, bacım həkimdir. Musiqinin içində doğulmuşam. Dəstəyə gəldikdə, yaradıcılığımda atamın adı, vəzifəsi rol oynamayıb. Amma müəyyən tədbirlərdə, konsertlərdə atam təşkilatçı və enerji mənbəyi kimi daim yanımızda olub və ondan bəhrələnmişəm”.

Dəbdəbəli villasını nümayiş etdirən Xalq artisti: “Yaradıcılığımda atamın adı rol oynamayıb” - VİDEO

Xalq artisti hər müğənniyə mahnı vermədiyini açıqlayıb:
“Əgər müğənni bəstələdiyim mahnımı oxumaq istəyirsə, onun üslubu, keçdiyi sənət yolu mənə uyğun olmalıdır. Sosial şəbəkədə bir nəfər yazmışdı ki, Sizin mahnınızı oxumaq istəyirəm. Heç bu şəxsi tanınmırdım. Səhifəsinə baxıb dəhşətə gəldim. Ağlıma gətirə bilmərəm ki, bu adam bəstəmi oxumağı necə fikirləşə bilər.
Düşündüm ki, kimsə onu ələ salaraq, “Aygün Səmədzadənin mahnılarına müraciət elə” deyib. Cavab olaraq yazdım ki, bu repertuarla məndən mahnı istəyirsinizsə, sizə halaldır”.

Dəbdəbəli villasını nümayiş etdirən Xalq artisti: “Yaradıcılığımda atamın adı rol oynamayıb” - VİDEO

Verilişin aparıcısı Aytəkin İsmayılqızının “Sizdən trendə düşən ifaçılar mahnı istəyir?” sualına A.Səmədzadənin reaksiyası belə olub:
“Hərənin öz dinləyici auditoriyası var. Onlar da müəyyən bir səviyyəyə çatırlarsa, deməli, ağılları var. Bilirlər ki, nə istəyirlər, hansı auditoriya üçün çalışırlar. Əlbəttə ki, o ağıl sahibləri mənə müraciət etməzlər”.