Gürcüstanda matəm elan olundu

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin qərarında deyilir. Həmin gün Gürcüstan hökuməti xalqla birlikdə Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad edəcək. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, bir gün əvvəl Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.