Koronavirusa görə təcrid olunan pasiyentlər tibb bacılarını daşa basdılar - VİDEO
Koronaviruslu xəstələrin saxlanıldığı observatorda pasiyentlər tibb bacılarını daşa basıblar. Qadınlar hətta meşəyə qaçmaq məcburiyyətində qalıblar.
360 TV-nin məlumatına görə, hadisə Rusiyanın Buryatiya Respublikasında qeydə alınıb.
Məsələ burasındadır ki, pasiyentlər qaldıqları yerdən narazı olublar: Çindən gələn rusiyalılar Sotnikov qəsəbəsində Uşaq Reabilitasiya Mərkəzində yerləşdiriliblər. Burada bəzi tikililərin 1985-ci ildə inşa olunduğu və o vaxtdan təmir edilmədiyi vurğulanıb.
Qadınlar bir neçə dəfə polisə müraciət etsələr də, asayiş keşikçiləri protokol yazmaqla kifayətləniblər. Hücuma məruz qalan tibb bacıları başqa observatora köçürülüb.