Bakı-Qazax yolunda avtomobillər toqquşdu

Ağstafa rayonunda iki avtomobil toqquşub.

AzBaku.info "Report"un Qərb bürosuna istinadla məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar arasında vəziyyətləri ağır da olanlar var.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.