Koronavirusla bağlı hesabat: Dünya 14 il əvvəlki vəziyyətinə qayıtdı
Bütün dünyada koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər qlobal karbon qazı emissiyasının səviyyəsinin azalmasına səbəb olub.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Qlobal emissiya səviyyəsi aprel ayında gündəlik olaraq əvvəlki ilin eyni ayına görə 17 faiz azalaraq, 83 milyon ton səviyyəsinə enib.
“COVID-19 məhdudiyyətləri dövründə gündəlik karbon qazı emissiyasında müvəqqəti eniş” adlı beynəlxalq hesabata əsasən, ötən ay gündəlik emissiya səviyyəsi 14 il əvvəlki - 2006-cı ilin göstəricilərinə bərabər olub.
Buna səbəb qlobal emissiyanın üç faizini təşkil edən hava nəqliyyatındakı durğunluq və ümumilikdə, nəqliyyat sektorundakı tələbatın aşağı düşməsi, həmçinin sənaye və enerji müəssisələrinin daha az çalışmasıdır.