Bakıda qəzalı vəziyyətdə olan poliklinikada xəstə qəbul edilir - VİDEO

Bakıda qəzalı vəziyyətdə olan poliklinikada xəstə qəbul edilir - VİDEO










Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 4 saylı uşaq poliklinikası qəzalı vəziyyətdədir.
Baku.Tv xəbər verir ki, bu vəziyyətdə olan tibb müəssisəsi gün ərzində onlarla xəstəni qəbul edir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, tibb müəssisələri bu ilin yanvar ayından Səhiyyə Nazirliyinin tabeliyindən götürülərək, quruma təhvil verilib:
“Pandemiya səbəbindən Səhiyyə Nazirliyi ilə tibb müəssisələrinin təhvil-təslim prosesi yekunlaşmayıb. Buna görə də 4 saylı uşaq poliklinikasının əsaslı təmiri ilə bağlı söz demək çətindir. Amma pandemiya bitdikdən sonra poliklinikanın təmiri ilə əlaqədar layihələr hazırlanacaq”.