Qazaxıstanda mikroavtobusun teplovozla toqquşması nəticəsində 9 nəfər ölüb

Qazaxıstanın Janaozen şəhərində “QAZel” markalı mikroavtobusun teplovozla toqquşması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prokurorluğun məlumatında bildirilir.

Qeyd edək ki, Tenge qəsəbəsi ərazisində dəmiryolu keçidində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, 27 nəfər xəsarət alıb.