Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
“Səhiyyə Nazirliyi ilə birlikdə çimərliklərdə monitorinqlərə başlanılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, yaxın zamanda monitorinqlərin nəticələri bilinəcək:
“Bir sıra çimərliklərdə dəniz suyundan nümunələr artıq götürülüb və Səhiyyə Nazirliyi ilə birlikdə laborator müayinələrə başlanılıb”.
“İyunun 1-də, böyük ehtimalla, Abşeron yarımadasının çimərliklərində su nümunələrinin nəticələri analiz olunacaq və nəticəsi açıqlanacaq”, - deyə nazir qeyd edib.