Daha bir nazirlikdə kadr islahatı - Şöbə rəisi və üç vəzifəli şəxs işdən çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.
AzBaku.org-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin üç əməkdaşı işdən çıxarılıb.
Onlar işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar./Oxu.az/