“Azərkitab” Kitab Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan Onlayn tədbir keçirilib.

“Azərkitab” Kitab Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan Onlayn tədbir keçirilib.









“Azərkitab-Kitab Mərkəzi"nin layihə rəhbəri Sabir Həsənov Cümhuriyyətin tarixinə, keçdiyi şərəfli yola nəzər salıb və Şərqin ilk demokratik respublikasının xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov,Çingiz Abdullayev, Nizami Cəfərov, tarixçi araşdırmaçı Dilqəm Əhmədov, Rəşad Məcid, Səlim Babullaoğlu, İki sahil qəzetinin redaktoru Vüqar Rəhimzadə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, ölkəmizin tarixinə parlaq səhifələr yazdığını, Cümhuriyyət qarşısına qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun xalqın milli şüurunda formalaşdırdığı müstəqillik ideyası unudulmayıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib. Xalqımız Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul edildiyi tarixi – mayın 28-ni Respublika Günü olaraq təntənə ilə qeyd editdilər deyə bildirdilər
Kamran Orucov