ABŞ-ın Florida ştatında naməlum şəxs prezident Donald Trampın kortejinin hərəkətinə mane olmağa çalışıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin jurnalistləri bildiriblər.
Məlumata görə, hadisə Tramp qolf klubundan Mar-a-Laqodakı iqamətgahına qayıdanda baş verib. Hansısa anda qırmızı furqonda olan sürücü prezidentin kortejinin qarşısını kəsməyə cəhd göstərib. Yerli asayiş keşikçiləri sürücüsünün ədəbsiz jestləri etdiyi, söyüş söydüyü nəqliyyat vasitəsini dayandırıblar.
Bundan başqa, kortej yolunda etiraz edənlərdən ibarət kiçik qrup və prezidentin tərəfdarları da olub. Rəqiblərdən biri əlində "Don dələduz" plakatını, Trampın tərəfdarları isə "Mən prezidenti qızğın şəkildə dəstəkləyirəm", - sözləri yazılmış plakatı qaldırıb.