Bakıda və Abşeronda yanğın - VİDEO

Bakıda və Abşeronda yanğın - VİDEO











Bakının Xətai rayonunda və Abşeronda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, sözügedən ərazilərdə qeydə alınan yanğınların görüntüləri sosial şəbəkədə yayılıb.
Belə ki, hadisələrdən biri Xətai rayonunun Günəşli qəsəbəsində, digər isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, “Ceyranbatan” su anbarı ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında hər iki ərazidə quru otların yandığını deyib:
“Hadisə quru otların yanması səbəbindən baş verib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Artıq qeydə alınan yanğınlardan biri söndürülüb, digər yanğının söndürülməsi istiqamətində işlər görülür”.