Pandemiya dövründə turistlər üçün ən təhlükəsiz marşrutlar - VİDEO
Dünya Turizm və Səyahətlər Şurası koronavirus pandemiyası dövründə turistlər üçün ən təhlükəsiz ölkələrin siyahısını açıqlayıb.
“Euronews” xəbər verir ki, COVID-19 pandemiyası dövründə turist qəbul edən ölkələr Dünya Turizm və Səyahətlər Şurasının təqdim etdiyi xüsusi sertifikatı almaq üçün beynəlxalq sağlamlıq standartlarına cavab verən qərarlar qəbul etməlidirlər.
Şuradan verilən məlumatda qeyd olunur ki, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı, eləcə də Avropanın bir sıra şəhərləri xüsusi sertifikasiya əldə edərək, təhlükəsiz istirahət marşrutları hesab olunur.
Tətil mövsümünün başlaması ilə siyahıya əlavə olunacaq ölkələrin sayının artacağı gözlənilir.