Deputat Azərbaycan həkimlərini “qızıl fond” adlandırdı

Deputat Azərbaycan həkimlərini “qızıl fond” adlandırdı









Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı münasibətilə həkimləri təbrik edib.
AzBaku.org-ın xəbərinə görə, K.Bayramov bildirib ki, tibb işçilərinin pandemiya dövründəki bayram günündə təbriklərlə yanaşı, dəstək və ürək-dirək sözlərinə ehtiyacı var.
“Xalqımız üçün bu ağır dönəmdə ölkəmizə təsir göstərən, insanlarımızın qorxusuna səbəb olan virusun əsas zərbəsinə məhz siz müqavimət göstərirsiniz, tab gətirirsiniz, gecə-gündüz çalışırsınız, yorğunluqdan ayaq üstə belə dayana bilmirsiniz, yaxınlarınızla görüşməkdən məhrum edilmisiniz!
Bu çətinlikləri, üzərinizdə olan fiziki və psixoloji yükü, sizin virusa yoluxmaq, xəstələnmək, hətta həyatınızı itirmək təhlükəsini biz yaxşı dərk edirik! Tibbi maskalarda, eynəklərdə, xüsusi geyimlərdə olan şəkillərinizə diqqətlə baxsaq da, üzünüzü, gözlərinizi görmürük, onları xəstələr də görmür!”, - deyə K.Bayramov əlavə edib.
Millət vəkili qeyd edib ki, bu üzlər, gözlər, geyimlər arxasında böyük məsuliyyət, yüksək fədakarlıq, möhkəm əzmkarlıq, heç bir halda təslim olmayan ümid dayanır:
“Buna görə də hər birimiz sizə minnətdarıq və qarşınızda baş əyirik! Sizin özəlliyiniz özünüz üçün deyil, bizlər üçün çalışmağınızdır. Bu gün siz xalqımızın qəhrəmanlarısınız, dövlətimizin qızıl fondusunuz Biz əminik ki, məhz sizin köməyinizlə ölkəmiz koronavirus pandemiyasına qalib gələcək”./oxu.az/