Gilas bağlarından VİDEOREPORTAJ

Gilas bağlarından VİDEOREPORTAJ










Boyları yerli sortlardan fərqli olaraq çox balaca olan gilas tingləri aqrotexniki qaydalara əməl olunmaqla artıq ölkəmizdə də yetişdirilir. Bir neçə ildən sonra isə bu meyvə bağlarından yüksək məhsuldarlıq əldə etmək mümkün olur.
Fransa, Kanada, İtaliya və digər ölkələrdən gətirilən bu tinglər əkildikdən iki il sonra bar vermək qabiliyyətinə malikdir. Yetişən gilasların keyfiyyətinə isə söz ola bilməz.
Tez, orta və gec yetişən olmaqla üç sorta ayrılan gilas yığımının artıq ilkin mərhələsi tamamlanıb. Əvvəlki illərlə müqayisədə bu il yazın əvvəlində havaların qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib.
Ətraflı Baku TV-nin reportajını təqdim edirik: