Niyam Salami gileyləndi: “Iki aya 100 manat su pulu gəlib” - VİDEO
“İstifadə etdiyim suyun pulunu ödəmək üçün verilən çeki görəndə ürəyim ağrıyır”.
AzBaku.org xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda qonaq olarkən deyib.
Verilişdə illərlə təmir etdiyi bağ evindən söhbət açan sənətçi bildirib: “Mənə deyirdilər ki, bağ evini sat, köç şəhərə. İndi isə deyirlər ki, kim var sizdə? Deyirəm, gəlmə, lazım deyil. Bəs deyirdiniz bina evi yaxşıdır, indi nə oldu?”
Proqramda N.Salami bağ evində sərf etdiyi suyun həddən artıq pul yazmasından gileylənib:
“Suyum haradan gəlir, nədir?.. Su pulu ikiqat artıb. İki aya 100 manat su pulu gəlib”./oxu.az/