Xalq artisti: “Toyda “Can-cana”nı elə oxumuşam ki, özüm bu mahnıya vurulmuşam” - VİDEO
“O qədər olub ki, toyda bayağı mahnı ifa etmişəm”.
AzBaku.org xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi el məclisində iştirak etdiyi zaman toy yiyələrinin ondan bayağı mahnılar oxumasını istədiklərini bildirib:
Vaxt olub ki, “Can-cana” mahnısını toyda ifa etmişəm. Danmıram ki... Bəyin atası önümdə ayağını yerə dirəyib, deyib ki, “Can-cana”nı oxu. O mahnını o qədər şirin oxumuşam ki, mahnıya vurulmuşam.
“Can-cana”dan da bərbad mahnılar var. “Səni deyirlər” mahnısını el şənliyində ifa etmişəm. Sümüyə düşdüyündən hamı bu mahnını istəyir. Səməndar Rzayev demişkən, “Toyda nə edərlər? Oynayarlar”. Buradan eşit, buradan oyna”.