“Küçələri meyitlər bürüyəcək” – Eynulla Fətullayev

“Küçələri meyitlər bürüyəcək” – Eynulla Fətullayev










Aylarla yazırdım, deyirdim, həyacan təbili çalırdım. Təhlükənin düz qapımızın ağzında olduğunu sübut edirdim. Amma məni panika yaymaqda, şişirtmələrdə, gündəmi dəyişməkdə, ölkənin əsas problemlərindən diqqəti yayındırmaqda, hətta təxribatda ittiham edirdilər. Buyurun, bu da sizə gerçək və qəddar mənzərə! Korona ildırım sürətilə yayılır, xəstəxanalarda yer yoxdur, gələcək olduqca dumanlı görünür”.
Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.
“İndi nə etməli? Hələ ki, gec deyil. Amma bir azdan gec olacaq. Küçələri meyitlər bürüyəcək. Təcili olaraq ölkəyə karantin üzrə peşəkar mütəxəssislər dəvət edilməlidir, təcrübəli virusoloqlar və epidemiolaqlar gəlməlidir, Operativ Qərargah İbrahimlə Ramil kimi diletantların əlindən alınmalıdır. Bir aylıq sərt karantin tətbiq edilməli, ordunun və polisin gücü ilə epidemiyanın vüsət aldığı şəhərlərdə xüsusi rejim tətbiq edilməli, rayonlararası rabitə qadağan edilməli, xüsusi blok-postlar qurulmalı... Prosesi məmurlar yox, virusoloqlar idarə etməlidir!!! Bu müddət ərzində virusoloqlar epidemioloji ocaqları müəyyən etməli və lokallaşdırmalıdır. Əks halda bizi İtaliya və İspaniya variantları deyil, Ekvador təhlükəsi gözləyir. Meyitlər ortada qalacaq!!!” – E.Fətullayev qeyd edib.