Hande Harmancı: “Deksametazon dərmanı virusa yoluxmuş şəxslərin ölüm riskini azaldır”
“Dünyada pandemiyanın yayılma sürəti artır”.
AzBaku.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, virusun yayılması sürətlə artmaqdadır:
“İlk bir ay ərzində virus 100 min insana yayılmışdısa, son sutka ərzində yoluxma sayı 180 min nəfərə çatıb. Bu, heç arzuolunan hal deyil”.
H.Harmancı deksametazon preparatının virusa yoluxmuş şəxslərin ölüm riskini üçdə birə qədər azaltdığını da qeyd edib.