Bakıda yaşayış binasının həyətində yanğın - VİDEO

Bakıda yaşayış binasının həyətində yanğın - VİDEO










Bakıda yaşayış binasının həyətində yanğın qeydə alınıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hündürmərtəbəli yaşayış binasının yaxınlığında 70 m2 sahəsi olan ərazidə taxta tullantıları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə idarəsinin müvafiq qüvvələri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.