Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi

Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi












İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan “Türk Hava Yolları”nın İstanbul - Bakı - İstanbul uçuşları bərpa olunub.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

“Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir”, - deyə məlumatda deyilir.